news-details

Serbiyada koronavirusa yoluxan aktiv xəstələrin sayında kəskin azalma qeydə alınıb

Serbiyada koronavirusa yoluxmuş xəstələrin sayında birdən-birə 4000-dən çox azalma qeydə alınıb.

 

Bu statistika mübahisələrə yol açıb. Son bir sutkada sağalmış xəstə sayı 6 min 931-dən 11 min 56 nəfərə yüksəlib. Epidemioloq Predraq Kon buna aydınlıq gətirərək deyib ki, virusa yoluxması ehtimal olunan xəstələrin bir qismini təkrar testdən keçirdikdən sonra onlarda nəticələr mənfi çıxıb. Bu nəticələrdən 28 gün sonra həmin şəxslər aktiv siyahıdan çıxardılır. Yəni həmin xəstələr müalicə almadan sağalıblar.

 

Serbiya hökuməti koronavirus ilə bağlı müalicə tədbirlərini yüngülləşdirməyi qərara alıb. Belə ki, xəstəliyi simptomsuz keçirən xəstələrdə bir testdən sonra mənfi nəticə göstərilirsə onlar sağlam hesab olunacaq. Əvvəllər isə həmin şəxslərdə iki testdən sonra bu nəticəyə gəlinirdi. Habelə bundan sonra xəstəliyi yüngül keçirənlər xəstəxanalara aparılmadan evdə müalicə alacaqlar.

Hibya Xəbər Agentliyi