COVİD-19 pandemiyasının və enerji bazarlarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq edilmişdir.
Pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da öz təsirini göstərdi. Bu səbəblə xüsusi karantin rejimi şəraitində sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, habelə sığorta istehlakçılarının hüquqlarının qorunması məqsədilə nəzarət oraqanı olan Mərkəzi Bank tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hazırlanan tədbirlər planı ilk dəfə 2020- ci il 29 aprel tarixində sığorta şirkətlərinə göndərilmiş və sığorta mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmişdir. Tədbirlər planın təsdiqlənməsi və ən qısa zamanda icrası məqsədilə 2020-ci il 5 may tarixində Mərkəzi Bankın nümayəndələri ilə Sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosasiyasının rəhbər şəxsləri arasında video konfrans şəklində görüş keçirildi. Keçirilən görüş zamanı tədbirlər planında mövcud bəzi nüanslar müzakirə edildikdən sonra sığorta rəhbərlərinin ortaq qərarı ilə təsdiqləndi.
Xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaratdı. Bunu nəzərə alaraq həm müştəri məmnuniyyətinin təmin edilməsi, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunub saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən aşağıda göstərilən istiqamətdə tədbirlərin keçirilməsi ilə bağlı Rəhbərlərə tövsiyyələr verildi:
Hibya Xəbər Agentliyi