news-details

Bu ilin sonunda koronavirusa qarşı peyvənd hazır ola bilər

Bu ilin sonunda koronavirusa qarşı peyvənd hazır ola bilər. Həmin vaksinin əvvəlcə ilk risk qrupları, yəni tibb işçiləri üzərində aparılması nəzərdə tutulub.

Xbr.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn mətbuat konfransında.

“Hazırda insanlar üzərində koronavirusa qarşı üç peyvəndin sınaqdan keçirilməsinə başlanılıb. Normalda bir peyvənd sınaqdan keçirildikdən 12-18 ay sonra insanların istifadəsinə verilir. Lakin belə təcili vəziyyətlərdə vaxtı qısaltmaq mümkün ola bilər. Ona görə də ilin sonunda vaksinin hazır olacağı gözlənilir. Həmin vaxtdan tez hazır olması mümkün deyil”, - deyə H.Harmancı diqqətə çatdırıb.

Hibya Xəbər Agentliyi