news-details

Ermənistanda koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb

Ermənistanda son sutka ərzində rekord sayda - koronavirusa 515 yoluxma faktı qeydə alınıb. Daha 12 nəfər isə bu virusdan ölüb.

 

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 10524 nəfər təşkil edir.

 

Bu virusdan ölənlərin sayı isə 170 nəfərə çatıb.

Hibya Xəbər Agentliyi